Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Nirvana | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Alternativ rok, grunge |
Fəaliyyət illəri | 1987–1994 |
Ölkə | Aberdeen, Vaşinqton, ABŞ |
Leybl | Sub Pop, DGC |
Heyət | Kurt Kobeyn, Krist Novoseliç, Deyv Qroul |
Keçmiş üzvlər | Aaron Burckhard Chad Channing Dale Crover Jason Everman Dave Foster Dan Peters |
hereisnirvana.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nirvana — "Seattle"nin ana damarlarını təşkil edən Pearl Jam, Soundgarden, Alice in Chains ilə müəyyən bir müddət ərzində grunge roka öz töfhəsini verən qrupdur. Kurt Kobeyn (vokal, gitarist), Krist Novoselic (bas-gitara) tərəfindən 1985-ci ildə Vaşinqtonda qurulub. Qrup 1990-cı ildə Dave Grohl-u heyətinə qatmadan əvvəl, əsasən Çad Çenninq olmaqla, bir sıra təbilçiləri dəyişdirdi. İlk mahnı "Love Buzz/Big Cheese" 1988-ci ildə yayınlayan Nirvana,1989-cu ildə "Bleach" adlı ilk albomunu çıxartdı. Musiqi olaraq Melvins, Mudhoney, Black Sabbath və Led Zeppelin kimi gruplardan həvəslənən qrup, albomu olduqca ucuz qiymətə ərsəyə gətirə bilmişdilər. Albom çıxandan sonra onun hazırlanmasına böyük köməyi olan Jason Everman qrupa 2-ci gitarist kimi qatıldı. Ancaq qrupun ilk Amerika turnesi sonrası Everman qrupdan çıxarıldı və o qısa müddətə "Soundgardenə" qatıldı. 1990-cı ildə prodüser Butch Vig ilə birlikdə yeni albomun üzərində işləməyə başlayan Nirvana, ilk mahnı yazdıqdan sonra Chainig ilə yollarını ayırdılar. Melvins qrupunun köməyi ilə tanışdıqları Scream qrupundan Deyv Qrohlu (zərb alətləri) qrupa götürdükdən sonra həmin il Sonic Youth qrupunun köməyi ilə tanış olduqları David Geffen ilə razılaşaraq 2-ci albomu çıxartmağı qərara aldılar.
1991-ci ildə çıxarılan 2-ci albom "Nevermind" ilə musiqi dünyasında yeni bir dönəmi başladan Nirvana, özəlliklə albomun səsinə təhrif edilmiş gitar riffleri, ağır zərb alət səsləri, səs-küylü bassları və Kobainin vokalları ilə dövrün ən yaxşı grunge rocklarını dünyaya tanıtdılar. 1991-ci ildə Nirvana, ikinci albomları "Nevermind" ilə musiqi dünyasında əsl inqilaba səbəb oldu. Albomun ilk sinqlı olan "Smells Like Teen Spirit" gözlənilmədən geniş kütlələr arasında böyük uğur qazandı və qrupun adını qlobal miqyasda tanıtdı. Bu mahnı, alternativ rok və grunge janrını populyarlaşdıraraq Nirvana-nı dövrünün musiqi simvollarından birinə çevirdi. "Smells Like Teen Spirit" təkcə Nirvana üçün deyil, həm də bütövlükdə musiqi sənayesi üçün dönüş nöqtəsi hesab olunur.
1992-ci ildə Kurt Cobain Courtney Love ilə evləndi və Frances Bean adında qızları oldu. Həmin il "Nevermind"ın daha 3 mahnısı işıq üzü gördü: "Come As You Are", "Lithium" və "İn Bloom".
Pank estetikası ilə xarakterizə olunan Nirvana, pop melodiyalarını səs-küylə birləşdirərək, həmçinin mahnılarında sosial təcrid və nifrət mövzularını işıqlandıraraq qlobal populyarlıq qazandı. Genişmiqyaslı turlarının ardından 1992-ci ildə "Incesticide" adlı albomu və "Hormoaning" ilə çıxış edən qrup, böyük gözləntilərlə qarşılanan üçüncü studiya albomu "In Utero" 1993-cü ildə təqdim etdi. Bu albom, Nirvana-nın kütlələrə təsirini daha da gücləndirdi və onları musiqi səhnəsində yeni zirvələrə qaldırdı.
1992-ci ildə "İncesticide" adlı albomu çıxartdılar. Albomun qapağı üzərində Kurt Cobain-in imzası var idi. Albomda əsasən b-side treklərə yer vermişdilər.
1993-cü ildə Steve Albininin produksiyası ilə 4-cü albom "İn Utero" cəmi 14 gün içində köçürüldü və hazır hala gətirildi. Kurt Cobain əslində bu albomun adını "I hate myself and I want to die" (az. "Özümə nifrət edirəm və ölmək istəyirəm") qoymaq istəsə də, prodüser bu adın çox sərt olduğunu söyləyərək buna icazə verməmişdi. Amerikan siyahılarına 1-ci yerdən giriş edən albom, musiqi olaraq qrupun ilk dövrlərini xatırladırdı. Albomun ilk mahnısı "Heart-Shaped Box" oldu. "Rape Me" (az. "Məni zorla") adlı mahnı isə böyük tənqidlə üzləşdi (sözlərinə görə). "Nevermind" qədər böyük uğur əldə edə bilməsə də, Nirvana albomdan sonra Amerika turnesinə çıxdı. Qrupa 2-ci gitarist olaraq The Germs qrupundan Pat Smearı alan Nirvana 1993-cü ildə MTV Unplugged konserti verdi. Sonrakı il Avropa turnesinə çıxan qrup qatıldığı konsertlərdə uğurlu performans sərgilədi. Ancaq Kurt Kobainin özəlliklə turnenin İtaliya konsertində artıq şoulardan və konsertlərdən bezdiyi nəzərə çarpırdı.
Mart ayında Courney Love ərini ürəyi getmiş vəziyyətdə gördü və onu xəstəxanaya yerləşdirdi. Həkimlər onun alkoqol zəhərlənməsi keçirtdiyini söylədilər və Nirvana turnenin geri qalan hissəsini ləğv etdilər. Sonrakı həftələrdə Kobainin narkotiklərlə başının dərddə olduğu bilindi və sənətçi müalicə olmaq məqsədilə yenidən xəstəxanaya yerləşdirildi. Ancaq o, müalicə mərkəzindən qaçaraq ilk təyyarə ilə Sietla uçdu və 1 həftə sonra 8 aprel tarixində evində ölü olaraq tapıldı. Deyilənə görə özü öz başına atəş açaraq özünü öldürmüşdü. Bundan sonra qrup üzvləri Kobainsiz davam edə bilməyəcəklərini bildirdilər.
Hal-hazıra qrup üzvlərindən Dave Grohl "Foo Fighters" qrupunda, Krist Novoselic isə "Sweat 75" qrupunda sənətçi həyatlarında davam etdilər.